Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin “Pitts fəlsəfəsi” konqresi keçirildi

27.05.2025

23-25 may 2025-ci il tarixində Bakı şəhərində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilati dəstəyi və ev sahibliyi ilə Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin, ölkəmizin müxtəlif şəhərlərdən olan 60-dan çox ortodontunun iştirakı ilə, “Pitts fəlsəfəsi” konqresi keçirildi. Konqresdə dəvətli mətuzəçi kimi tanınmış mütəxəssis, ABŞ-da yerləşən LECOM (Erie Gölü Osteopatik Tibb Kolleci) Ortodontik Araşdırmalar Mərkəzinin direktoru Duncan Brown iştirak etmişdir.
Konfransın 1-ci günü Dr. Duncan Brown, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasının əməkdaşları kafedra müdiri t.e.d. Ziba Qasımova, dosent Orxan Qasımov, baş laborant Fidan Əliyeva, ATU-nun ortodontiya kafedrasının müdiri t.e.d. Ramidə Şadlinskaya tərəfindən təqdim olunan məruzələrdə estetikaya, biomexanikaya, torqa və müasir breket sistemlərinə dair ən son yanaşmalar geniş şəkildə müzakirə olundu, “Pitts fəlsəfəsi”nin klinik tətbiqləri, yüksək nəticələr və praktiki tövsiyələr təqdim edildi.
Konfransın 2-ci günü praktik Master-klass keçirildi. İştirakçılar “Pitts-21” breketlərinin 3D model üzərində tətbiqi ilə bağlı praktiki bacarıqlar qazandılar. Dr. Duncan Brown və Dosent Orxan Qasımov həmin gün ərzində fəlsəfənin dərin izahını təqdim etməklə iştirakçıların nəzəri və praktiki anlayışlarını gücləndirdilər.
Konfransın 3-cü günü “Mini Masters” formatında Master-klass keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən olan ortodontlar tərəfindən təqdim olunan 10 real klinik hal Dr. Duncan Brown tərəfindən təhlil edildi və “Pitts fəlsəfəsi”nə uyğun müalicə planları tərtib olundu. Həmin gün iştirakçılar üçün nadir öyrənmə və qarşılıqlı fikir mübadiləsi imkanları yarandı.
Konfransda ölkəmizin reğionlarında çalışan həkim-ortodontların etdikləri çıxışlar da maraqla qarşılandı.
Tədbirin önəmli iştirakçıları arasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasının rezidentləri də var idi. Bu, onların peşəkar inkişafında mühüm addım və institutun rezident hazırlığı sahəsində uğurunun bariz nümunəsi oldu.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX