Revmatoid artritin diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlanmışdır

19.05.2025

Revmatoid artrit kompleks və çoxşaxəli patologiya hesab olunur. Bu xəstəliyin yalnız revmatoloji deyil, eyni zamanda ekstrarevmatoloji – yəni digər orqan və sistemlərə təsir göstərən – klinik, laborator, vizualizasiya ilə aşkarlanan təzahürləri və mövcuddur. Bu geniş spektrli simptomatikanı nəzərə alaraq, müasir sübutlu təbabət prinsiplərinə əsaslanan məlumatlar əsasında yeni klinik protokolun hazırlanması günün tələbidir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən yaradılmış klinik protokolun tərtibçilər heyətinə daxil olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının əməkdaşları t.ü.f.d. Fidan Qasımova, t.ü.f.d. Gülnarə Nur-Məmmədova, dosent Gülüstan Babayeva bu milli klinik protokolun hazırlanmasında aktiv iştirak etmişlər. Həmin protokolda revmatoid artritin diaqnostika və müalicəsinə dair yanaşmalarla yanaşı, digər sistemlərin zədələnməsi hallarında multidisiplinar əməkdaşlıq çərçivəsində tətbiq ediləcək müalicə və profilaktika prinsipləri də əhatə olunmuşdur.
Bu protokol həm tibb ictimaiyyəti, həm də pasiyentlərin sağlamlıq durumunun yaxşılaşdırılması baxımından böyük əhəmiyyət daşıyır və ölkəmizdə revmatoloji xidmətin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəkdir. https://www.isim.az/upload/File/reports/revmartrit2025.pdf




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX