Azərbaycan Retinoloqlarının 9-cu konfransı keçirilmişdir
19.05.2025
17 may 2025-ci il tarixində Lənkəran şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Azərbaycan Retinoloqlarının 9-cu konfransı keçirilmişdir. Tədbirdə respublikanın müxtəlif bölgələrindən olan göz həkimləri iştirak etmişlər. Konfransın əsas məqsədi torlu qişa (retina) xəstəlikləri sahəsində aparılan elmi-tibbi araşdırmaların paylaşılması, bu sahədə əldə olunan nailiyyətlərin müzakirəsi, həmçinin regionlarda çalışan retinoloq və oftalmoloqların ən son diaqnostik və müalicəvi yeniliklərə çıxışının təmin edilməsidir.
Konfransda təşkilat komitəsinin sədri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının dosenti, t.e.d. Müşfiq Kərimov “Vitreoretinal cərrahiyyədə mürəkkəb və qeyri-standart hallar” mövzulu təqdimatla çıxış etmiş, panel iclasında moderator olmuşdur.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.