Ümumdünya İmmunlaşdırma Həftəsi keçirildi

05.05.2025

2025-ci il aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirildi. Həftə ictimaiyyətin diqqətini bəşəriyyəti yoluxucu xəstəliklərdən qorumaq üçün əsas profilaktik tədbirlərdən biri kimi olan immunizasiyaya cəlb etmək məqsədi daşıyırdı. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 14 aprel 2025-ci il tarixli 3-28/3-1-114/2025 saylı “İmmunlaşdırma həftəsinin keçirilməsi barədə” əmrinə əsasən respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi ilə yanaşı tibb işçilərinin və əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili baş tutmuşdur.
İmmunlaşdırma həftəsi ilə bağlı Ə. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasında Respublika Pediatriya Mərkəzi, Yasamal Uşaq Klinik Xəstəxanasının həkimləri üçün “Sağlam uşaq” adlı ixtisasartırma kursunda “Uşaqların immunizasıyası” mövzunda təlim keçirilmişdir. Təlimdə Azərbaycanda yeni peyvənd təqviminin tədbiqinə dair geniş məlumatlar təqdim edilmişdir. Təlimin sonunda tibb işçilərinin immunizasiyaya münasibəti və onların bu sahədə bilik və bacarıqlarını qiymətləndirmək üçün sorğu da aparılmışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX