Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

28.04.2025

28 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransın açılış mərasimində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunun oftalmologiya kafedrasının müdiri professor Elmar Qasımov konfransı açıq elan edərək çıxış etmişdir.
Konfransda Rusiya, Türkiyə, İtaliya və Gürcüstandan olan tanınmış mütəxəssislərlə yanaşı Azərbaycan oftalmoloqları da elmi məruzələrlə çıxış edib, fikir mübadiləsi aparmışlar. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunun oftalmologiya kafedrasının əməkdaşları dosent Müşfiq Kərimov panel iclasının moderatoru olmuş, Lamiyə Həsənzadə isə “Böyük qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının keçirdiyi oftalmoloji aksiyanın fəaliyyətinə dair” məruzə ilə çıxış etmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX