Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 15-16 aprel 2025-ci il tarixlərində “Nadir xəstəliklər: şəxsi təcrübəmiz” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfranasın keçirilməsində məqsəd nadir xəstəliklərə diqqəti cəlb etmək, nadir xəstəlikləri olan şəxslər və onların ailələri üçün müalicə və tibbi təminat imkanlarını artırmaqdır. Konfransda ölkəmizdə, beynəlxalq meyarlara əsasən, rast gəlinən müxtəlif nadir xəstəliklər haqqında çoxsahəli ixtisas mütəxəssisləri təqdimatlarla çıxış etmişlər. Konfrans həm oflayn və həm də onlayn formatda keçirilmişdir.
Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının müdiri professor Rəqsanə Məmmədova moderator olduğu paneldə çıxış edərək bu konfransın keçirilməsini ölkə pediatrlarının bilik və bacarıqlarının artırılması baxımından yüksək qiymətləndirdi və institutumuzda keçirilən pediatriya üzrə ixtisasartırma kurslarının proqramında nadir xəstəliklər mövzusuna xüsusi yer ayrıldığını bildirdi.