Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda rezidentlərin toplantısı keçirilmişdir.Tədbirdə çıxış edən institutun rektoru professor Nazim Qasimov rezidentlərə müraciətində institutun şanlı tarixindən danışmış,onun Azərbaycan səhiyyəsində xüsusi yeri olduğunu qeyd etmiş, burada çalışişmış və hal-hazırda çalışan alim və mütəxəssislərin tibb elminə və praktik səhiyyə verdiyi töhfələrdən bəhs etmişdir. Bildirilmişdir ki, hal-hazırda Ə.Əliyev adına ADHTİ-nin müxtəlif kafedralarında 33 ixtisas üzrə 321 həkim-rezident təhsil alır. Onlarin yüksəkixtisaslı mütəxəssislər kimi hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirirlər.
İnstitutun maddi-texniki bazasından istifadə etməklə onların təhsilinin səviyyəsini artırmaq istiqamətində daim iş gedir. Hal-hazırda rezidenturada hazırlıq klinik baza olaraq 47 dövlət və özəl müəssisədə aparılır.Yaxın zamanda bu siyahıya bir sıra yeni özəl müəssisə də daxil ediləcəkdir.
Məqsədə çatmaq üçün Ə.Əliyev adına ADHTİ-nin beynəlxalaq əlaqələrindən də istifadə edilir. Türkiyə, Avstriya, Rusiya, Belarusiya, Qazaxıstan və Özbəkistannın aparıcı tibb təhsili müəssisələri ilə institutumuz arasında bağlanmış müqavilələrdə səhiyyənin və davamlı tibb təhsilinin bir çox elmi və praktik məsələləri ilə yanaşı rezidentura təhsili də mərkəzi yerlərdən birini tutur.Bu baxımdan hər il mütəmadi olaraq institutumuzun rezidentlərinin bir sıra xarici ölkələrin nüfuzlu ali tibbi təhsil ocaqlarına rotasiya kurslarına göndərilməsi ənənəsi var. Xarici ölkələrdə rotasiya keçən rezidentlərin sayına görə institutumuz birinci yer tutur.
İnstitutumuzda rezidentlərimizin elmi-tədqiqat işlərinə cəlb olunmasına xüsusi fikir verilir. Rezidentlərə tibbi təhsil verməkdən əlavə potensialı olanları gələcəyin elmi işçiləri kimi hazırlamaq da qarşıda duran vəzifələrdəndir. İnstitutumuzda hər il iki dəfə gənc alim və mütəxəssislərin elmi-praktik konfransı keçirilir və rezidentlərimiz də orada təbabətin aktual problemlərinə həsr olunmuş elmi çıxışlar edirlər. Azərbayca Tibb Universitetində rezidentlərin iştirakı ilə keçirilən ənənəvi ATUREK-də bizim rezidentlər həmişə yaxından iştirak edirlər və hər il bir neçə rezidentimiz təşkil olunmuş müsabiqədə yüksək yerlər tutur.
Sonra rektor qeyd etdi ki, əldə olunmuş nailiyyətlərə baxmayaraq rezidentura təhsilində də bir sıra çatmamazlıqlar var və onların aradan götürülməsi üzərində daimi iş aparılır. O, həmin çatmamazlıqları analiz edərək onların həllində rezidentləri də aktiv olmağa çağırdı.Rezidentlər tərəfindən olan istənilən təkliflərə həm rezidentura şöbəsinin,həm də rektorluğun həmişə açıq olduğu qeyd olundu.
Sonda rektor professor Nazim Qasımov bu günlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri ilə instituta yeni təyin olunmuş rezidentura üzrə prorektor t.e.d. Məhəmməd Davudovu toplantı iştirakçılarına təqdim etdi və onun tanınmış alim və yüksəkixtisaslı mütəxəssis olduğunu bildirərək rezidentura təhsilində müsbət yeniliklərə imza atacağına əmin olduğunu söylədi.
Çıxışının sonunda rektor rezidentlərin vəzifə və öhdəliklərini xatırladaraq onların öz üzərlərində daim çalışmalı olduqlarını söylədi və onlara təhsillərində müvəffəqiyyətlər arzuladı
Rezidentura üzrə prorektor t.e.d. Məhəmməd Davudov çıxış edərək toplantı iştirakçılarına rezidentura şöbəsinin fəaliyyətinin konsepti haqqında məlumat verdi və institut rəhbərliyi ilə birgə bu konseptin üzərində fəal çalışacağını geyd etdi.
Görüşdə institutun rezidentura şöbəsinin müdiri Arzu Hüseynova və rezidentlərin kuratorları iştirak etdilər.