Tədrisçilərin inkişafı proqramı üzrə institutun müəllim heyəti üçün təlim keçirildi

16.12.2024

ÜST Azərbaycan nümayəndəliyinin Azərbaycanda tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdirilması və yerli mütəxəssislərinin bilik və bacarıqlarinın yenilənməsi və təkmilləşdirilməsi istiqamətində 2021-ci ildən başladığı fəaliyyət davam edir. Ə.Əliyev adına ADHTİ-də bu proqram çərçivəsində mütamadi tədbirlər keçirilir. Belə bir tədbir institutun pedaqogika, psixologiya və səhiyyənin təşkili və menecmenti kafedrasında ayın əvvəlində keçirilmişdir. Bu, 10 gün davam edən tibb təhsili müəssisələrinin pedaqoji heyəti üçün nəzərdə tutulan “Tibb elmlərinin tədrisi” kursu olmuşdur. Təlimdə institutun pediatriya, terapiya, şüa diaqnostikası, oftalmologiya, ümumi cərrahiyyə, yoluxucu xəstəliklər, anesteziologiya və reanimatologiya, nefrologiya kafedrasının əməkdaşları iştirak etmişlər.
Keçirilən kursda iştirakçılara tibbi tədris prosesində istifadə edilən üsul və yanaşmalar, tədris planlarının hazırlanması və istifadə edilən vəsaitlər barədə geniş məlumatlar təqdim edilmişdir. Bununla yanaşı iştirakçılar təlim mövzularına dair əldə etdikləri bilik və bacarıqları praktiki məşğələlərdə nümayiş etdirmişlər.
Təlimin son iki gün iştirakçıların tədris planlarının hazırlanmasına həsr edilmişdir. Hər bir iştirakçı üçün, təqdim etdiyi plana uyğun, həyata keçirdiyi dərsin 15 dəqiqəlik videoçəkilişi təşkil edilmişdir. Kursun son günündə bu videoçəkilişlər nümayiş olundu, rəylər səsləndirildi.
Sonda iştirakçılar təlimdə əldə edilən bilik və bacarıqlarını öz fəaliyyətlərində istifadə edəcəklərini səsləndirdilər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX