Əməkdaşımız Londonda “ICB LUCA Awards 2024 Accountant of the Year” nominasiyası üzrə qalib olmuşdur

18.11.2024

09-14 noyabr 2024-cü il tarixində Böyük Britaniyanın paytaxtı London şəhərində “15th Annual LUCA Awards 2024” (“Mühasiblərin Zirvə Toplantısı 2024”) konfransı keçirilmişdir. Tədbirin təşkilatçısı Sertifikatlı Maliyyə Menecerləri İnstitutudur (“ICB/ICFM Global”). O, dünyanın ən böyük mühasibatlıq institutu sayılır və müvafiq ixtisasların yaradılması və akademik nailiyyətləri, iş təcrübəsini və səriştəsini tanıyan üzvlük dərəcələrinin verilməsi yolu ilə bir peşə kimi mühasibat uçotu standartlarını təbliğ edir və saxlayır. Eyni zamanda üzvlük orqanı kimi üzvlərinin bilikli və ən son qanunvericilikdən xəbərdar olmalarını, etik öhdəliklərini nəzərə almalarını və biznesə etibarlı və nümunəvi xidmət göstərmək üçün ən yaxşı mövqedə olmalarını təmin etmək üçün onlara davamlı dəstək verir. “ICB/ICFM Global” təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi APFM - Azərbaycan Professional Maliyyə Menecerləri Asssosiyasiyasıdır.
Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun baş mühasibi Rüfət Babayev də olmuşdur. Tədbir çərçivəsində R.Babayev “LUCA Awards 2024 Accountant of the Year” (“LUKA Mükafatı 2024-İlin mühasibi”) nominasiyası üzrə təltif olunmuşdur. Mühasibatlıq dünyasının Oskarı sayılan mükafatı Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı “ICB/ICFM Global” direktoru Eymi Koplend təqdim etmişdir.
Konfrans çərçivəsində keçirilən canlı panel çıxışlarında uğurlu mühasibat karyerası, gələcək mühasibatlıqda gözləntilər və reallıqlar, süni intellekt, təcrübə strategiyası və s. mövzular ətrafında diskussiyalar aparılmışdır. Azərbaycan nümayəndə heyəti “ICB/ICFM Global” zirvə toplantısına qatılmış nümayəndələr üçün Böyük Britaniyanın parlamentində təşkil olunmuş işgüzar nahar yeməyində də iştirak etmişdir. Eyni zamanda konfrans çərçivəsində beynəlxalq mühasibat təşkilatlarının nümayəndələri ilə görüşlər keçirmiş, mühasib və maliyyə menecerlərinin, maliyyə mütəxəssislərinin peşəkar inkişafı üzrə beynəlxalq əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX