Azərbaycan Radioloqlar Cəmiyyətinin IV beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir

11.10.2024

9-10 oktyabr 2024-cü il tarixində Avropa Radiologiya Məktəbinin (ESOR) dəstəyi ilə Azərbaycan Radioloqlar Cəmiyyətinin IV beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir. Tədbirdə yerli və xarici mütəxəsislər radiologiyanın aktual məsələlərinə həsr olunmuş təqdimatlarla çıxış etmişlər. Azərbaycan, Türkiyə, Belçika, İtaliya, Qazaxıstan və Özbəkistandan olan mütəxəssislər müxtəlif xəstəliklərə düzgün radioloji yanaşmanın vacibliyi vurğulayaraq müasir meyarlardan danışmışlar. 2 gün davam edən konfrans zamanı mütəxəsislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə xüsusi müzakirələr də təşkil olunmuş idi. Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının müdiri dosent Arzu Nuriyeva panel moderatoru olmuşdur.






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX