Yeni “Uşaqların immunizasiyası üzrə təlimat” üzrə kurs keçirilmişdir
28.09.2024
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində tibb işçilərinə peyvənd təcrübəsi üzrə təkmilləşdirilmiş təlimlərin keçirilməsi immunizasiya xidmətlərinin keyfiyyətini artırmaq üçün nəzərdə tutulmuşdur.
Bu layihə çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yeni “Uşaqların immunizasiyası üzrə təlimat”ı təsdiqləmişdir. Bununla bağlı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya, ailə həkimi, nevrologiya kafedralarının təqvim planına immunizasiya ilə bağlı yeni kurslar daxil edilmişdir. İlk belə təlim pediatriya kafedrasında 16-27 sentyabr 2024-cü il tarixində “Uşaqların inkişafı və qidalanması. Yenidoğulmuşların fiziologiya və patologiyası” mövzusunda aparılan kurs çərçivəsində “Uşaqların immunlaşdırılması” adı ilə keçirilmişdir. Təlimdə pediatriya kafedrasının, ÜST tərəfindən həyata keçirilən “Vaksinasiya Dəstəyi” layihəsi çərçivəsində öncə təlimatlandırılmış əməkdaşları olan dosent M.Qaraxanova və assistent E.Zeynalova vaksinlərə əks göstərişlər, gecikmiş peyvənd cədvəli, peyvəndlərin saxlanması və daşınması, onların yan təsirləri və anafilaksiyanın idarə edilməsi, milli immunizasiya proqramına daxil olmayan vaksinlər, risk kommunikasiyaları haqqında müasir məlumatları müdavimlərə çatdırıb, həkimlərlə fikir mübadilsi aparmışlar.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.