Porto şəhərində 37-ci EHMSG konqresi keçirilmişdir

16.09.2024

12-14 sentyabr 2024-cü il tarixində Portuqaliyanın Porto şəhərində Avropa Helikobacter Pylori və Microbiotanın Öyrənilməsi Qrupunun (EHMSG) 37-ci konqresi keçirilmişdir. Konqres öncəsi milli koordinatorlar və TOGAS (mədə xərçənginin kanseroprevensiyası və skrininqı üzrə multisentrik tədqiqat) lahiyəsi üzrə ölkə təmsilciləri ilə görüşlər 11 sentyabr 2024-cü il tarixində keçirilmişdir.
EHMSC ənənəvi məqsədləri çərçivəsində hazırlanmış elmi proqram H.Pylorinin yayılmasının, yeni risk faktorlarının, intraqastral və ekstraqastral təzahürlərin və fəsadlaşmaların, erkən və adekvat diaqnostika və eradikasiya sxemlərinin seçimləri ilə yanaşı, H.pylori və mədə xərcənginə qarşı vaksinlərin hazırlanması məsələlərini də əhatə edirdi. Bu mövzular ilə yanaşı eradikasiya sxemlərində istifadə edilən antibioklər və onlara olan rezistentlik problemlərində son zamanlar (post-COVID dövründə) amoksisillinə olan rezistentlik üzrə yeni araşdırmalar və bu rezistentliyin həlli yolları işiqlandırılmışdır.
Ölkəmizi 31 ölkənin iştirakı ilə keçən bu konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti, H. Pylori Avropa Registri üzrə milli koordinator Gülüstan Babayevanın rəhbərliyi ilə 8 həkim-qastroenteroloq təmsil etmişlər. Azərbaycan EHMSG-yə 2020-ci ildə, TOGAS-a 2023-cü ildə daxil olmasına baxmayaraq, aktiv tədqiqatda iştirakının nəticələri üzrə birinci 6 ölkə arasındadır. Bu dəfəki konqresə ölkəmiz 5 tədqiqat işinin nəticələrinə həsr edilmiş elmi işlərlə qatılmış idi. İnstitutun terapiya kafedrasının doktorantı, “German Hospital”-ın qastroenterologiya şöbəsinin müdiri Rəşad Həsənovun “Qida borusunun disfagiyası olan xəstələrdə H.pylorinin təsiri” mövzusunda tədqiqat işi xüsusi maraq ilə qarşılandı.






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX