31 may-1 iyun 2024-cü il tarixlərində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayevanın sədrliyi ilə Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin “IV Xəzər Görüşləri” beynəlxalq qastroenteroloji konfransı keçirilmişdir.
İki gün davam edən tədbirdə qastroenterologiya sahəsində tanınmış elm adamları olan professor Massimo Rugge (İtaliya), professor Marcis Leya (Latviya), professorlar Dmitry Bordin və Elena Sabelnikova (Russiya), professorlar Serhat Bor, Fatih Aslan, Cihan Yurdaydın, Murat Akyüz, Yilmaz Cakaloğlu, Cem Şimşek, Tarik Aziz (Türkiyə) həzm traktı xəstəliklərinin terapevtik və endoskopik cərrahi müalicəsi və profilaktikasında, komorbid pasiyentlərdə menecmentdə olan ən son yenilikləri və öz təcrübələrini iştirakcılar ilə bölüşmüşlər. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva və kafedranın doktorantı Emin Məmmədov də konfransda təqdimatla çıxış etmişlər.
Artıq bir ənənəyə çevrilən “Xəzər görüşləri” son il ərzində işiq üzü görmüş klinik tövsiyələrin beynəlxalq diskussiya platforması olması ilə yanaşı, milli mütəxəsisslərin beynəlxalq tədqiqatlara qatılma platformasına da cevrilmişdir.