Bakıda l Türk Dövlətləri Kardioloji Qurultayı keçirildi

22.04.2024

19-21 aprel 2024-cü il tarixində Azırbaycan Respublikası Səhiyyə Nazirliyi, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayı keçirilmişdir. 3 gün davam edən qurultaya 1000-dən artıq yerli və xarici mütəxəssis, o cümlədən Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistandan olan elm və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qatılmışlar.
I Türk Dövlətləri Kardioloji Qurultayının “Gülüstan” sarayında baş tutmuş rəsmi açılış mərasimi aprelin 20-də keçirildi. Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, tanınmış elm xadimləri iştirak etdilər.
Açılışda giriş sözü ilə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev tədbir iştirakçılarını salamlayaraq qurultayın vacibliyini vurğuladı və ilk dəfə təşkil olunan I Türk Dövlətləri Kardioloji Qurultayının ölkələrin tibb cəmiyyətləri arasındakı münasibətlərini yeni mərhələyə keçirdiyini söylədi.O qeyd etdi ki, ortaq tarix, dil, kimlik və mədəniyyət üzərində qurulan Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə rəhbərlərinin uzaqgörən siyasətinin, qarşılıqlı inam və etimadının nəticəsidir.
Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirdi ki, beynəlxalq tədbir Türk Dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar
xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmasına öz töhfəsini verəcəkdir.
Günün 2-ci yarısında qurultay öz işini elmi məruzələrlə zəngin plenar iclaslarla davam etdirdi.
Aprelin 21-də səhər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun böyük akt zalında qurultayın 3-cü günü başladı.Tədbirdə çıxış edən institutun rektoru professor Nazim Qasımov öz çıxışında bildirdi ki, ilk dəfə təşkil olunan I Türk Dövlətləri Kardioloji Qurultayı Təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir. Qurultay burada təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır.
Rektor qurultayın işinə müvəffəqiyyətlər arzuladı.
Sonra çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri t.ü.f.d. Ülvi Mirzoyev, Birinci Türk Dövlətlərinin Kardioloji Qurultayının sədri, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova və “Stent Save a Life” Avropa üzrə layihəsinin rəhbəri Dejan Orliç də qurultayın işinə müvəffəqiyyətlər arzuladılar.
Qurultayda Azərbaycan Kardiologiya Cəmiyyətinin “Stend save a life” layihəsi çərçivəsində təqdimatlar dinlənildi. Bununla da qurultay öz işini başa çatdırdı.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX