“Kardiologiyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirildi
05.04.2024
05 aprel 2024-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kardiologiyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə 300-ə yaxın nümayəndə iştirak etmişdir. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqiəlik sükutla yad edilmişdir.
Konfransin açılışında giriş sözü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri t.ü.f.d. Ülvi Mirzoyev, millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri t.e.d. Rəşad Mahmudov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri professor Tofiq Cahangirov çıxış etdilər.
3 oturumdan ibarət sessiya şəklində keçirilən konfransda yerli mütəxəsislərlə yanaşı qardaş Türkiyə və Rusiyadan dəvət olunmuş alimlər də məruzə etdilər. Konfrans çərçivəsində elmi mübadilə və interaktiv diskussiyalar aparılmış, kardiologiyanın son nailiyyətləri elmi məruzələrdə öz əksini tapmışdır.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.