Novruz bayramınız mübarək olsun!

19.03.2024

Hörmətli həmkarlar!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Novruz bayramı bizə ulu əcdadlarımızdan qalmış yadigardır. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələrin günümüzədək layiqincə qoruyub saxlanması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir. Bu gün sürətlə modernləşən ölkəmizdə Yaz bayramı mədəni irsə qayğıkeş münasibətin və ənənəvi dəyərlərə bağlılığın rəmzinə çevrilmişdir. Bu ilki bayramı Qələbə qazanmış xalq olaraq qarşılamağımız bu bayrama xüsusi məna verir. Həmin böyük zəfərin daha da möhkəmlənməsi üçün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərinə dəstək olmaq, ölkəmizin inkişafı üçün daha çox çalışmaq hər bir azərbaycanlının müqəddəs vəzifəsidir. Ona görə də institutumuzun kollektivi ölkə səhiyyəsində gedən dəyişikliklərdə də yaxından fəaliyyət göstərir, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə qəbul olunmuş müxtəlif xəstəliklər üzrə Dövlət Proqramlarının yerinə yetirilməsində, iş yerlərində və bölgələrdə vətəndaşlara tibbi yardımın göstərilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!
Novruz bayramınız mübarək olsun!
Ə.Əliyev adına ADHTİ-nin rektoru
professor Nazim Qasımov





Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX