Ə.Əliyev adına ADHTİ-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir

15.03.2024

15.03.2024-cü ildə Ə.Əliyev adına ADHTİ-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir. Konfransın gündəliyi:
1. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həmkarlar ittifaqı komitəsinin hesabatı. (2017-2024-cü illər)
2. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həmkarlar ittifaqı komitəsinin təftiş komissiyasının hesabatı. (2017-2024-cü illər)
3. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həmkarlar ittifaqı komitəsinin formalaşması. (komitənin tərkibi, sədri və rəyasət heyəti üzvlərinin seçilməsi)
4. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həmkarlar ittifaqı komitəsinin təftiş komissiyasının seçilməsi.
5. Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə birbaşa üzv seçilməsi haqqında.
6. Azərbaycan Səhiyyə İşçiləri Həmkar İttifaqının IV Qurultayına nümayəndə seçilməsi haqqında.
2017-2024-cü illər üzrə hesabatla çıxış edən Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Məmmədəli Tələt oğlu Meybəliyev bu müddət ərzində görülən işlərdən danışdı, komitənin institut əməkdaşları ilə qarşılıqlı əlaqələri haqqında məlumat verdi.
İnstitut Həmkarlar İttifaqı Komitəsinin hesabatı məqbul sayıldı və yekdilliklə təsdiq olundu.
Ə.Əliyev adına ADHTİ-nun Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi seçildi və təsdiq edildi. Komitənin sədri yenidən dosent Məmmədəli Tələt oğlu Meybəliyev seçildi.
Konfransın diğər məsələlərinə baxıldıqdan sonra yekun qərar qəbul edildi.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX