“Təməl Həyat Dəstəyi” üzrə təlimlər davam edir

14.03.2024

Son zamanlar Azərbaycanda təcili tibbi yardım sisteminin təkmilləşdirilməsi məqsədilə tədbirlər geniş şəkildə həyata keçirilir. Tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədini daşıyan bu tədbirlər həm də Ə.Əliyev adına ADHTİ-nin tədris proqramlarında Təməl Həyat Dəstəyi (THD; BLS-Basic Life Support), Təkmil Həyat Dəstəyi (ALS), Neonatal reanimasiya proqramı (NRP), Təkmil Pediatrik həyat Dəstəyi, Stressin idarə olunması və s. kimi mövzuların yer almasını nəzərdə tutur.
Bununla əlaqədar, 12.03.24-13.03.2024-cü il tarixində İnstitutun kafedralarından olan müəllim heyətinə Türk Qızıl Ayı və Azərbaycan Qızıl Aypara Cəmiyyətlərinin dəstəyi ilə “Təməl Həyat Dəstəyi” adlı təlim baş tutmuşdur. Təlimdə institutun terapiya, pediatriya, ailə təbabəti, dəri-zöhrəvi, kardiologiya, şüa diaqnostikası, hematologiya, oftalmologiya, mamalıq və ginekologiya, parodontologiya, ümumi və plastik cərrahiyyə, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedralarının 21 əməkdaşı təlimdə iştirak etmişlər. Təlimi institutun pediatriya kafedrasının dosentləri Mətanət Qaraxanova və Təranə İbadova aparmışlar. Qonaq kimi Türk Qızıl Ayın Azərbaycandakı Nümayəndəliyinin başçısı Hüseyn Çıtak da iştirak etmişdir.
İlk olaraq, iştirakçılar arasında onların THD bilik səviyyələrini qiymətləndirmək məqsədilə test yoxlanışı aparılmışdır. Sonra təlim iştirakçılarına zərərçəkənə (böyük, uşaq və körpələrə) yanaşmaq, təhlükəsizliyi təmin etmək, tibbi yardımı çağırmaq, ürək-ağciyər canlandırılması, zədə, yanıqlar, qanaxmalar zamanı ilk yardım bacarıqları, ilk yardımın tədbiqinə dair geniş məlumatlar təqdim edilmiş, manekenlər üzərində əyani nümayiş olunmuşdur. Təlimdə iştirakçılara həm manekenlər üzərində, həm də praktiki məşğələlərdə sərbəst işləmək imkanı da yaradılmışdır.
Sonda iştirakçılara Türk Qızıl Ayı və Azərbaycan Qızıl Aypara Cəmiyyətlərinin sertifikatları təqdim edilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX