2024-cü ilin may ayında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransda çıxış etmək istəyən Respublikanın elmi tibb müəssisələrinin əməkdaşları institutun elmi işlər şöbəsinə müraciət edə bilərlər.
Konfransın materiallarının məcmuəsi dərc olunacaqdır. Məqalələr və tezislər azərbaycan, rus və ingilis dillərində 15 aprel 2024-cü il tarixinə kimi qəbul edilir. Məqalələrin həcmi 3, tezislərin həcmi isə 1 səhifədən çox olmamalıdır: A4 formatda, boş sahələr hər tərəfdən 2,5 sm, şrift 14, Times New Roman, interval 1 şərtlərinə cavab verməlidir. Məqalələr və tezislər çap şəklində (bir nüsxə) və elektron (CD) variantında, məqalələrin xülasəsi ilə birgə təqdim olunmalıdır.
Ünvan: AZ1012, Bakı şəhəri, Tbilisi prospekti, məhəllə 3165, ADHTİ.
Tezislər üçün: Elmi işlər üzrə prorektor dosent M.T.Meybəliyev.
Telefon: (+99412) 4310182.
Çıxışlar üçün: Gənc alimlər şurasının sədri dosent A.Z.Əfəndiyev.
Telefon: (+99450) 3508384.
E-mail: aadhti@mail.ru