Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

27.02.2024

27 fevral 2024-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclası keçirildi. İclasın gündəliyi aşağıdakı kimi olmuşdur:

1. Praktik təməl peşə bilik və bacarıqları tədrisinin təşkili haqqında.
Məruzəçi: prorektor dosent Təyyar Eyvazov

2. Mamalıq və ginekologiya kafedrasının dosenti t.ü.f.d. İ.A.Quliyevanın “Reproduktiv yaşlı qadınlarda usaqlıq yolu əzələ zəyifliyin risk amilləri, kliniki səciyələndirilməsi və müalicəsinin effektivliyi” adlı doktorluq dissertasiyası mövzusunun təsdiqi.
3. Ümumi və plastik cərrahiyyə kafedrasının müdiri vəzifəsinə seçki
4. Terapiya kafedrasının müdiri vəzifəsinə seçki
5. Pediatriya kafedrasının professoru vəzifəsinə seçki
6. Urologiya kafedrasının 0,5 vahid professoru vəzifəsinə seçki
7. Urologiya kafedrasının professoru vəzifəsinə seçki
8. Onkologiya kafedrasının professoru vəzifəsinə seçki
9. Kardiologiya kafedrasının professoru vəzifəsinə seçki

I məsələ üzrə prorektor dosent Təyyar Eyvazov çıxış edərək bildirdi ki, 2023/2024-cü tədris ilində səhiyyə sistemində yaranmış tələbatları nəzərə alaraq tədris planından kənar institutda artıq təşkil olunmuş Təməl həyat dəstəyi (BLS), Təkmil həyat dəstəyi (ALS) və Təkmil kardiovaskulyar həyat dəstəyi (ACLS) kursları ilə yanaşı EKQ kursları, Kiçik cərrahi əməliyyatlar, Tibbi tullantıların idarə olunması, Xəstəxana öncəsi travma həyat dəstəyi, Travmalarda təkmil həyat dəstəyi (ATLS), Mamalıqda təkmil həyat dəstəyi (AİSO), Neonatal reanimasiya proqramı (NRP), Təkmil pediatrik həyat dəstəyi (PALS), İnfeksion nəzarət, Mikrobioloji laborator müayinə üçün materiallarla iş, Disstres hallarda psixoloji dəstək, Fövqəladə halların idarə oluunması, Ailə həkiminin işinin təşkili, Laparoskopik cərrahiyyə üsulları, Spirometriya, Elektroensefaloqrafiya, Elektromioqrafiya kurslarının keçirilməsi planlaşdırılmışdır. Uyğun kafedralara ğöstərişlər verilmiş, proqramlar hazırlanmış, avadanlıq məsələləri həll edilmək üzrədir. Kursların keçirilməsinin praktik səhiyyə mütəxəssislərinə faydalı olacağı şübhəsizdir.
Elmi şuranın gündəliyinin digər məsələləri olan doktorluq dissertasiyası mövzusunun təsdiqi, kafedra müdiri və professor vəzifəsinə seçkilər üzrə müzakirələr getdikdən sonra müsbət qərar qəbul edilmişdir.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX