21-24 fevral 2024-cü il tarixində İsvecin paytaxtı Stokholm şəhərində növbəti Avropa Xoralı Kolit və Kron xəstəliyi Cəmiyyətinin (ECCO) bağırsaqların iltihabi xəstəliklərinə həsr edilmiş (İnflammatory bowel diseases) illik konqresi kecirilmişdir.
İltihabi bağırsaq xəstəliklərinin müasir diaqnostika və müalicəsinə həsr olunan bu tədbir Milli təmsilcilərin görüşü və postdiplom tədris kursları (laborator və vizualizasiya üsülları üzrə, diyetologiya və nutrisiologiya yenilikləri üzrə, cərrahi və maliqnizasiya risklərinin menecmenti üzrə və s.) ilə başlanmışdır. Sonrakı günlər son bir ildə əldə olunan tədqiqatların yenilikləri və təzələnmiş prokolların təqdimatları ilə davam edən tədbir 4 gün çəkmişdir.
Bu konqresdə ölkəmizi təmsil edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayevanın rəhbərliyi altında aparılmış "Genetic polymorphism of lactose intolerance in patients with Inflammatory Bowel Disease" mövzusunda elmi tədqiqat işinin nəticələri təqdim edilmişdir. Azərbaycan işci qrupuna daxil olan kafedranın doktorantı Rəşad Həsənov (German Hospital, qastroenterologiya və endoskopiya şöbəsinin müdiri), həkim-rezidenti Aycin Həsənova və Azərbaycan Qastroenterologiya və İnvaziv endoskopiya Cəmiyyətinin sədr müavini Umud Mahmudovun (Modern Hospital, qastroenterologiya və endoskopiya şöbəsinin müdiri) hazırladığı bu təqdimat böyük maraqla dinlənildi.