Əməkdaşlarımız Birləşmiş Ərəb Əmirliklərində keçirilən AEEDC Dubai 2024 beynəlxalq konqresində çıxış etmişlər

13.02.2024

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai World Trade Centre”-də Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiya (MENASA) regionunda aparıcı stomatoloji tədbir sayılan BƏƏ Beynəlxalq Stomatoloji Konfransı və Ərəb Diş Sərgisi - AEEDC Dubai 2024 keçirilmişdir.
Bir çox ölkələrin aparıcı stomatoloqlarının iştirak etdiyi beynəlxalq konfransda Ə.Əliyev adına ADHTİ-nin ortodontiya kafedrasının müdiri t.e.d. Z.V. Qasımova “Prevalence and primary causes of malocclusions due to tooth impaction”, həmin kafedranın assistenti t.ü.f.d. G.B.Əliyeva “Success and complications with the use of mini-screws” və kafedranın dissertantı V.A.Vəliyeva “Dynamics of eruption of the lower third molars in patients with dental anomalies aged from 7 to 25 years” posterləri ilə çıxış etmişlər. Posterlərdə çoxsaylı klinik hallar üzərində dişlərin hərəkəti, diş sıraları və çənələr nəzərə alınmaqla aparılan ortodontik müalicə üsulları haqqında məlumat verilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX