ELAN! Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfrans keçiriləcəkdir

20.11.2023

2024-cü ilin yanvar ayında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransda çıxış etmək istəyən Respublikanın elmi tibb müəssisələrinin əməkdaşları institutun elmi işlər şöbəsinə müraciət edə bilərlər.
Konfransın materiallarının məcmuəsi dərc olunacaqdır. Məqalələr və tezislər azərbaycan, rus və ingilis dillərində 25 dekabr 2023-ci il tarixinə kimi qəbul edilir. Məqalələrin həcmi 3, tezislərin həcmi isə 1 səhifədən çox olmamalıdır: A4 formatda, boş sahələr hər tərəfdən 2,5 sm, şrift 14, Times New Roman, interval 1 şərtlərinə cavab verməlidir. Məqalələr və tezislər çap şəklində (bir nüsxə) və elektron (CD) variantında, məqalələrin xülasəsi ilə birgə təqdim olunmalıdır.

Ünvan: AZ1012, Bakı şəhəri, Tbilisi prospekti, məhəllə 3165, ADHTİ.

Tezislər üçün: Elmi işlər üzrə prorektor dosent M.T.Meybəliyev. Telefon: (+994) 12 4310182.
Çıxışlar üçün: Gənc alimlər şurasının sədri dosent A.Z.Əfəndiyev. Telefon: (+994) 50 3508384.
E-mail: aadhti@mail.ru





TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX