Əməkdaşımız Sapporo şəhərində beynəlxalq konqresdə çıxış etmişdir

18.11.2023

15-17 noyabr 2023-cü ildə Yaponiyanın Sapporo şəhərində “Qala texnologiyasının birləşmiş mitinqi” çərçivəsində Stomatoloqların 6-cı illik “Oral and Dental Medicine 2023” konfransı keçirilmişdir. Bu mitinq çəçivəsində eyni zamanda Neurotalk-ın 13-cü illik konfransı, Ümumdünya Biotexnologiya Sənayesi Konfransı, Kardioloqların 13-cü illik beynəlxalq konfransı, 8-ci illik Ümumdünya İnfeksion Xəstəliklər Konqresi də keçirilmişdir. Konfransda Amerika, Avropa və Asiyanın bir çox ölkələrindən mütəxəssislər iştirak edirdilər.
Stomatoloqların konfransında Amerika, İngiltərə, Kanadadan olan mütəxəssislərlə yanaşı Ə.Əliyev adına ADHTİ-nin ortodontiya kafedrasının assistenti, t.ü.f.d. Qasımov Orxan Fuad oğlu da çıxış etmişdir. Onun "Güclər, künclər və məqamlar. Müasir ortodontiyada biomexanika" mövzusunda mərizəsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Məruzədə aparılmış elmi-tədqiqat işlərinin nəticələri və ortodontik müalicə prosesində dişlərin hərəkəti, diş sıraları və çənələrin rotasiyalarının biomexanikası nəzərə alınmaqla xəstələrin müalicəsinin çoxsaylı klinik halları göstərilmişdir.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX