İnstitutda “Tədrisçinin təməl bacarıqlarının inkişafı” adlı növbəti kursu başa çatdı

06.11.2023

30.10-06.11.2023-cü il tarixində 2022-ci ildən ÜST-n Azərbaycan nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə əməkdaşlıqda həyata keçirdiyi “Azərbaycanda Pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdirilması və yerli mütəxəssislərin bilik və bacarıqlarinın yenilənməsi və təkmilləşdirilməsi məqsədilə Ə.Əliyev adına ADHTİ-nin kafedra əməkdaşları üçün “Tədrisçinin təməl bacarıqlarının inkişafı” adlı ToT-9 növbəti kursu keçirilmişdir.
10 nəfər təlimçi tərəfindən həyata keçirilən kursda institutun terapiya, mamalıq və ginekologiya, stomatologiya və üz-çənə cərrahiyyəsi, klinik laborator diaqnostika, oftalmologiya, urologiya və operativ nefrologiya, nefrologiya kafedralarının nümayəndələri iştirak etmişlər. 7 gün ərzində iştirakçılar tibb tədrisində istifadə edilən proqram modelləri, üsullar və texnikalara dair bilik və bacarıqlara yiyələnmişlər.Təlimdə iştirakçılara praktiki tapşırıqların tətbiq olunmasına da şərait yaradılmışdır.Təlimləri bitirən institutun nümayəndələri əldə etdikləri bilik və bacarıqları, yeni yanaşmaları tədris fəaliyyətlərində aktiv istifadə edəcəklər.
Sonda ÜST-n Azərbaycandakı Nümayəndəliyinin layihə eksperti professor Sevgi Turan tərəfindən təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim olunmuşdur. Bu kursların il ərzində davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX