11.10.2023-14.10.2023-cü il tarixində Türkiyənin İstanbul şəhərində XIV Avrasiya Onkohematoloji Kongresi keçirilmişdir. Avropa və Asiya ölkələrinin aparıcı onkohematoloq mütəxəssislərinin hər il toplandığı bu kongressin məqsədi onkohematoloji və hemostaz patologiyalarının diaqnostika və müalicəsində əldə olunan müasir elmi və praktiki nailiyyətlərin qiymətləndirilməsi, müasir müalicə prorokollarının əsaslandırılması və s olmuşdur. Kongresdə Ə.Əliyev adına ADHTİ-nun hematologiya kafedrasının assistenti Günel Əlizadə “Hemofiliyanın müalicəsində Azərbaycan təcrübəsi” adlı poster məruzəsini təqdim edərək hemofiliyanın müalicəsində ölkəmizin illər ərzində əldə etdiyi nailiyyətlərdən bəhs etmişdir. Məruzə “Hematologiya, transfuziologiya və kök hüceyrə terapiyası” jurnalında dərc olunmuşdur. XIV Avrasiya Onkohematoloji Kongresində eyni zamanda "Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyi"-nin üzvləri də məruzələrlə çıxış etmişlər.
4 gün davam edən kongres hematologiyanın müxtəlif aktual məsələlərinə həsr olunmuş elmi məruzələrlə zəngin idi.