Tbilisidə Ürək Çatışmazlığı üzrə Master Kurs keçirilmişdir

02.10.2023

28-30 sentyabr 2023-cü il tarixində Tbilisi şəhərində Avropa Ürək Çatışmazlığı Assosiasiyasının (HFA), Surix Ürək Evinin (Zurich Heart House) təşkilatçılığı ilə ilə keçirilən Ürək Çatışmazlığı üzrə Master Kurs (Heart Failure Master Course) baş tutmuşdur. Toplantıda 20 ölkədən (ABŞ, Böyük Britaniya, Türkiyə, Belçıka, İtaliya, İsveçrə, Hollandiya, Misir, BƏƏ, Makedoniya, Danimarka, Hindistan, Rumıniya, Serbiya və s.) olan mütəxəssislərlə birlikdə ölkəmizdən 15 nəfər iştirakçı da var idi. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun kardiologiya kafedrasının müdiri professor Tofiq Cahangirov həmin kursda moderator kimi iştirak etmişdir.
Bu kurs mürəkkəb və multidissiplinar vəzifələr üzrə ən yüksək səviyyədə təhsil verməklə ürək çatışmazlığında tibbi təcrübəni inkişaf etdirmək məqsədi ilə hazırlanmışdır. Kursun ümumi məqsədi ürək çatışmazlığının diaqnostikası və idarə edilməsində iştirakçıların klinik səriştəsini və bilik-bacarığını artırmaq, onlara əldə edilmiş təcrübəni öz yerli klinikalarında həyata keçirməyə imkan verməkdən ibarət idi.
Master kursa ən müasir mühazirələr, panel müzakirələr və görkəmli beynəlxalq rəy liderləri və local ekspertlər ilə interaktiv seksiya sessiyaları daxil edilmişdir. Bu kursun nəticəsində iştirakçılar ürək çatışmazlığında ən son diaqnostik və terapevtik yenilikləri və 2021 ESC Ürək Çatışmazlığı Tövsiyələrinin ən son Fokuslanmış Yenilənməsini kliniki praktikada tətbiq edə biləcəklər.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX