"Yeni Dalğa-Deramatoskopiya və Dermatoonkologiya" beynəlxalq elmi-praktiki konqresi keçirilmişdir
24.09.2023
21-23 sentyabr 2023-cü il tarixində Latviyanın Yurmala şəhərində "Yeni Dalğa - Deramatoskopiya və Dermatoonkologiya" beynəlxalq elmi-praktiki konqresi keçirilmişdir. Konqresdə 11 ölkəni təmsil edən 250-yə yaxın iştirakçı var idi və müxtəlif ölkələrin dermatoveneroloqları və kosmetoloqları arasında elmi və praktik əlaqələrin möhkəmlənməsində xüsusi rol oynadı. Bu konqresdə Azərbaycan Dermatoveneroloqlar Assosiyasiyasının prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının müdiri t.e.d. Sənan Kərimov “Sarkoma Kapoşi – yeniliklər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.