“Təməl Həyat Dəstəyi” təlimləri davam edir

02.10.2023

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi və Avropa Birliyinin dəstəyilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB qurumları ilə birgə əməkdaşlıq çərçivəsində ölkədə ilkin səhiyyənin gücləndirilməsinə dair yeni proqramların icrası davam etməkdədir. Eyni zamanda Respublikada “Təcili Yardım Sisteminin Gücləndirilməsi”nə dair fəaliyyətlər həyata keçirilir. Bu fəaliyyətlərlə bağlı tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə Ə.Əliyev adına ADHTİ-nin bütün kafedralarının tədris proqramlarına Təməl Həyat Dəstəyi (THD; BLS-Basic Life Support) təlimləri daxil edilmişdir.
Belə bir təlim pediatriya kafedrasında peşə hazırlığı və ixtisasartırma kurslarında iştirak edən həkimlər üçün baş tutmuşdur. Təlim kafedranın dosentləri, Ümumdünya Səhiyyə Təşkilatının "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsinin təlimçiləri Mətanət Qaraxanova və Təranə İbadova tərəfindən keçirmişdir. İlk olaraq iştirakçılar arasında onların THD bilik səviyyələrini qiymətləndirmək məqsədilə test yoxlanışı aparılmışdır. Sonra təlim iştirakçılarına zərərçəkənə (böyük, uşaq və körpələrə) ilk yardımın tədbiqinə dair (COVİD-19 pandemiyası şəraitində THD prinsipləri də daxil olmaqla) geniş məlumatlar təqdim edilmişdir. Həmin məlumatlar manekenlər üzərində əyani nümayiş olunmaqla zərərçəkənə yanaşmaq, təhlükəsizliyi təmin etmək, tibbi yardımı çağırmaq, ürək-ağciyər canlandırılmasına dair alqoritmin tədbiqi və s. əhatə edirdi. Bu zaman iştirakçılara manekenlər üzərində sərbəst çalışmaq imkanı da yaradılmışdı. İştirakçıların yerinə yetirdikləri tapşırıqların qiymətləndirilməsi isə sorğu (bələdçi) vasitəsilə aparılmışdır.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX