Əməkdaşlarımız Daşkənd şəhərində "Dermatovenereoloji və estetik təbabətdə müasir yanaşma üsulları" konqresində iştirak etdilər

19.09.2023

15-16 sentyabr 2023-cü il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Dermatovenereoloji və estetik təbabətdə müasir yanaşma üsulları" beynəlxalq elmi-praktik konqresi keçirilmişdir. Konqresdə 15 ölkədən1000-ə yaxın mütəxəssis iştirak edirdi. Tədbirin böyük elmi və praktik əhəmiyyəti var idi və müxtəlif ölkələrin dermatoveneroloqları və kosmetoloqları arasında elmi və praktik əlaqələrin yaranmasında mühüm rol oynamışdır.
Ölkəmizi Azərbaycan Dermatoveneroloqlar Assosiyasiyasının prezidenti t.e.d. Sənan Kərimovun rəhbərlik etdiyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının əməkdaşları təmsil edirdilər.T.e.d. Sənan Kərimovun “Psoriaz və metabolik sindrom” mövzusunda etdiyi məruzə konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.


TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX