ELAN
2023/2024-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun rezidenturasına
qəbul olmaq istəyən əcnəbi vətəndaşların nəzərinə:
Qəbul olmaq istəyən şəxslər ilk öncə
portal.edu.az saytından müraciət etdikdən sonra aşağıda qeyd olunan sənədləri 25.08.2023 il tarixindən 11.09.2023 il tarixinədək həftənin I,II,III,IV və V günləri saat 14:00 -17:00 aralığında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentura şöbəsinə təqdim etməlidirlər.
Qeyd: portal.edu.az saytında müraciət 15.08.2023-cü il tarixində aktivləşəcək və 11.09.2023-cü il tarixində sonlanacaqdır.
1
|
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun rektoru adına ərizə
|
2
|
Ali tibb təhsili haqqında diplom və surəti
|
3
|
Ali tibb təhsili haqqında diplomun nostrifikasiyası
(xarici ölkə universitetlərinin məzunu olduğu halda)
|
4
|
Ümumvətəndaş passportu
|
5
|
Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama
icazəsi vəsiqəsinin surəti (olduğu halda)
|
6
|
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən
Azərbaycan Respublikası vətəndaşı və ya vətəndaşlığa
mənsubiyyəti olmaması haqqında arayışın əsli
|
7
|
Sağlamlıq haqqında arayış (hepatit B.C) (QİÇS) və
(COVİD-19)
|
8
|
CV
|
9
|
Nikah haqqında şəhadətnamənin surəti (mövcud olduğu
halda)
|
10
|
Uşağın doğum haqqında şəhadətnaməsinin surəti (mövcud
olduğu halda)
|
11
|
Əmək kitabçası (mövcud olduğu halda)
|
12
|
3x4 fotoşəkil
|
Rezidentura şöbəsi:
(012) 565 04 20
(012)565 04 25