Azərbaycan Respublikası Səhiyyə Naziriyi, Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutu və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə 23-25 iyun 2023-cü il tarixində Quba şəhərində “Avropa Asiya mama ginekoloqları dərnəyi”nin 2-ci beynəlxalq konqresi keçirilmişdir. Konqresdə Türkiyə və Gürcüstandan çoxsaylı mütəxəssislər də iştirak etmişdilər. Elmi proqramda mamalıq və ginekologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr öz əksini tapmış idi.
Ə.Əliyev adına ADHTİ-nun mamalıq və ginekologiya kafedrasının əməkdaşları da konqresin işində aktiv iştirak etmişlər. Kafedranın müdiri professor Leyla Rzaquliyevanın moderatorluğu ilə keçirilən iclaslarda kafedranın əməkdaşları dosent Arzu Babayeva "Hestasion pielonefritli hamilələrin aparılması" və Günel Əfəndiyeva "Preeklampsiyaya müasir yanaşma" mövzusu olan məruzələrlə çıxış etmişlər. Konfransın baş tutduğu 3gün ərzində xarici qonaqlar keçirdikləri treninqlərdə öz praktik bacarıqları ilə də bölüşmüşlər.
Tədbir ölkə mütəxəssisləri tərəfindən maraqla qarşılanmışdır.