"Ataların antenatal qayğıya cəlb edilməsi" layihəsi üzrə təlim keçirildi

16.06.2023

Xəbər verildiyi kimi "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi BMT-nin Əhali Fondunun Azərbaycan ofisinin dəstəyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və TƏBİB-in əməkdaşlığı ilə 2021-ci ildən "Ataların antenatal qayğıya cəlb edilməsi" üzrə layihəsinin icrasına başlamışdır.Antenatal xidmətlərin əhatəliliyinin yaxşılaşdırılması, uşaqlara göstərilən qayğıda ataların daha aktiv iştirakının təşviq edilməsi, hamiləlik, doğuş və doğuşdan sonrakı müddətdə ana və körpə sağlamlığının mühafizə işinin təkmilləşdirilməsi və analarla yanaşı ataların da bu məsələdə bilik və bacarıqların artırılmasına yönəlmiş layihə çərçivəsində ölkəmizin müxtəlif tibb müəssisələrində təlimlər keçirilir. "Azərbaycanda kişilərin antenatal qayğı və uşaq baxımına cəlb edilməsi üzrə tibb işçiləri üçün gender-transformativ proqram" mövzulu növbəti təlim 16 iyun 2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecində baş tutmuşdur. Həmin təlimdə Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının dosenti Nigar Hacıyeva təlimçi qismində "Atanın uşağın sağlamlığında rolu" və "Tibb mütəxəssisləri üçün ataların cəlb olunmasına aid praktik tövsiyələr" mövzulu mühazirələr ilə çıxış etmişdir.
Təlimdə kollecin mamalıq işi şöbəsinin tələbələri iştirak edirdilər.Dosent N.Hacıyevanın mühazirələri iştirakçılar tərəfindən maraqla dinlənilərək ətrafında fəal müzakirə aparıldı.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX