Hörmətli həmkarlar!
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu qayıdış Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı və bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Azərbaycanın bu günkü qələbələri birbaşa o siyasətin nəticəsidir.
Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edir, müstəqil dövlətimizin firavan və parlaq gələcəyi naminə fəaliyyətdə hər kəsə uğurlar arzu edirəm. Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun!
Ə.Əliyev adına ADHTİ-nin rektoru
professor Nazim Qasımov