Əməkdaşlarımız "EHA-2023" Beynəlxalq Hibrid Konqresində iştirak etmişlər

14.06.2023

8-11 iyun 2023-cü il tarixdə Almaniyanın Frankfurt şəhərində Avropa Hematoloqlar Assosiasiyasının "EHA-2023" Beynəlxalq Hibrid Konqresi keçirilmişdir. Konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri, Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri dosent Elmira Qədimova, pedaqogika, psixologiya və xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrasının müdiri, t.e.d. Hikmət İbrahimli, AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşları iştirak etmişlər. Konqresdə hemostaz sistemi pozğunluqları, trombozlar, onkohematoloji xəstəliklər, onların müalicəsində ən son yeniliklər müzakirə olunmuş, fikir mübadiləsi aparılmışdır. Səfər çərçivəsində dosent Elmira Qədimova Frankfurt Hemofiliya Mərkəzində olmuş, Mərkəzin rəhbəri Karmen Eskuriola və digər əməkdaşlarla görüş keçirmiş, hemofiliya və digər koaqulopatiyalı xəstələrin registri, müayinə və müalicəsi barədə təcrübələrini bölüşmüşlər.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX