Əməkdaşımıza VIII Avrasiya Dermatologiya, Kosmetologiya və Estetik Təbabət Konqresində təşəkkür məktubu təqdim olundu

02.06.2023

Qazaxıstan Dermatoveneroloqlar və Dermatokosmetoloqlar Assosiasiyası 30-31 may 2023-cü il tarixlərində Qazaxıstanın Astana şəhərində VIII Avrasiya Dermatologiya, Kosmetologiya və Estetik Təbabət Konqresini keçirmişdir. Konqresin elmi proqramına müasir dermatovenerologiya və estetik təbabətin əsas aspektlərinə həsr olunmuş məruzələr daxil edilmişdi. Konqresdə 11 ölkədən 45 xarici məruzəçi iştirak etdi.
Ümumilikdə həm xarici natiqlərin, həm də Qazaxıstan alimlərinin 139 məruzəsi dinlənilmişdir. Plenar və seksiya iclaslarından əlavə, bir çox kurslar və master-klaslar da keçirilmişdir. Ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dəri-zöhrəvi xəstəliklər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Sənan Kərimov təmsil edirdi. Onun “Rozasea up date” məruzəsi maraqla dinlənilmişdir. Əməkdaşımıza uzun illər əməkdaşlığa və Avrasiya konqresinin işində fəal iştirakına görə “Astana Tibb Universiteti”nin rektoru professor N.Kadırovun təşəkkür məktubu təqdim olundu.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX