Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirildi

01.06.2023

31 may 2023-cü il tarixində K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirildi. Pediatrlar üçün nəzərdə tutulan konfrans 80 nəfərin iştirakı ilə baş tutmuşdur.
Konfransın açılışında K.Y.Fərəcova adına ETPİ-nun direktoru, t.ü.f.d. Lətif Zeyniyev, Ədliyyə Nazirliyinin İnsan Hüquqları, İnformasiya və Kommunikasiya şöbəsinin nümayəndəsi Aynur Sabitova, Səhiyyə Nazirliyinin nümayəndəsi Aynurə Zeynalova, Azərbaycanın UNİCEF ofisinin nümayəndəsi Vüqar Salmanov, İSİM-in direktoru Qəhrəman Haqverdiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov, Ombudsman aparatından Nigar Ağayeva çıxış etdilər.
Ə.Əliyev ADHTİ-nun pediatriya kafedrasının dosenti Nigar Hacıyeva konfransda "Atanın uşaq sağlamlığında rolu" mövzusu ilə çıxış edərək yeni araşdırmalarla təsdiq edilən atanın uşağın həyatında iştirakının övladın psixo-sosial sağlamlığına böyük təsir etdiyi haqqında məlumatları konfrans iştirakçılarına təqdim etdi. Çıxış maraqlı diskussiyaya səbəb oldu.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX