Əməkdaşımız “Bakı Ürək Günləri” beynəlxalq konqresində iştirak etmişdir
25.05.2023
19-21 may 2023-cü il tarixlərində Gülüstan sarayında Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Bakı Ürək Günləri” beynəlxalq konqresi keçirilmişdir. Dünyanın 20-dən artıq ölkəsindən 400-ə yaxın kardioloq və kardiocərrahların iştirak etdiyi tədbirə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli mühazirəçi olaraq dəvət olunmuşdur. ‘‘Ürək sağlamlığında parodontologiyanın rolu’’ mövzusunda çıxışında Cavid Əhmədbəyli tərəfindən diş əti xəstəlikləri ilə ürək-damar xəstəlikləri arasında əlaqənin mövcudluğu və onlara qarşı birqə mübarizənin aparılmasının, bu kimi xəstəlikləri olan insanlarda məlumatlılığın təşviq edilməsi və ağız boşluğu sağlamlığınının təmin olunması, xəstəliklərin Avropa Parodontologiya Federasiyasının ən son elmi sübutlara əsaslanan maarifləndirmə rəhbərlikləri əsasında erkən diaqnostikası, profilaktikası və birgə müalicəsinin əhəmiyyəti haqqında ətraflı məlumat konqres iştirakçılarına təqdim olunmuşdur.