IV Beynəlxalq “Xəzər Görüşləri 2023” Qastroenteroloji Konfransı başa çatdı

22.05.2023

19-20 may 2023-cü il tarixlərində Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin təşəbbüsü ilə baş tutan IV Beynəlxalq “Xəzər Görüşləri 2023” Qastroenteroloji Konfrans Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuşdur. İki gün davam edən tədbir cəmiyyətin idarə heyəti üzvlərinin və xaricdən dəvət olunan qonaqların Fəxri Xiyabanda Ulu Öndərin və Zərifə xanımın məzarlarını ziyarət etməklə başlamışdır. Tədbirdə qastroenterologiya sahəsində dünyaca məşhur elm adamları olan Almaniyadan Prof. Peter Malfertheiner, Hollandiyadan Prof. Chris J.J. Mulder, Latviyadan Prof. Marcis Leja, Russiya Federasiyasından Prof. Dmitriy Bordin, Özbəkistandan Prof. Gulnara İbadova və Prof. Feruza Khamrabaeva, Türkiyə Cümhuriyyətindən Prof. Serhat Bor, Prof. İrfan Koruk, Prof. Fatih Aslan və Prof.Özlem Özer iştirak etmişlər.Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının əməkdaşları dosent Gülüstan Babayeva (konfransın sədri), Prof.Natəvan Fərəcova (moderator),dosent Samir Mehdiyev(moderator),dosent Nərgiz Hüseynova, t.ü.f.d. Ağabacı Musayeva, t.ü.f.d. Fidan Qasımova, kafedranın qastroenterologiya ixtisası üzrə doktorantları Günay Əsədova (Milli Onkologiya Mərkəzi), Rəşad Həsənov (German Hospital), Emin Məmmədov (Medistyle Klinika) həzm traktı xəstəliklərinin terapevtik və endoskopik cərrahi müalicəsi və profilaktikasında, komorbid pasiyentlərdə menecmentdə olan ən son yeniliklər və öz təcrübələri ilə iştirakcılarla bölüşdülər.
Önəmli məqamlardan biri də o oldu ki, Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyəti və Latviya Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalandı. Bu saziş Azərbaycanda qastroenterologiyanın inkişafında, iki ölkə arasında birgə elmi araşdırmaların aparılmasında və təcrübəli kadrların yetişdirilməsində mühüm rol oynayacaqdır.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX