Əməkdaşımız "Pediatriya və neonatologiyada yeniliklər" konqresində iştirak etmişdir

06.05.2023

Mayın 6-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı və Azərbaycan Pediatrlar Assosiasiyasının dəstəyi ilə “Holiday İnn” hotelində "Pediatriya və neonatologiyada yeniliklər" beynəlxalq elmi-praktik konqresi keçirilmişdir.
Konqresdə pediatriyanın aktual məsələləri ilə bağlı məruzələr dinlənilmişdir. Konqres zamanı tanınmış əcnəbi mütəxəssislər onlayn məruzələr təqdim etdilər. Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının dosenti Nigar Hacıyeva "Funksional qəbizlik" və "Qıcıqlanmış bağırsaq sindromu" məruzələri ilə çıxış etdi. Məruzələr konqres iştirakçıları tərəfindən maraqla qarşılandı.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX