Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

25.04.2023

25 aprel 2023-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclası keçirildi.

İclasın gündəliyi aşağıdakı kimi olmuşdur:

1. İnstitutun cari təşkilatı fəaliyyəti haqqında.
2. Tədris və tədris-metodik sənədlərin müzakirəsi və təsdiq olunması.
3. Ortodontiya kafedrasının müdiri vəzifəsinə seçki.
4. Kardiologiya kafedrasının müdiri vəzifəsinə seçki.
5. Mikrobiologiya və epidemiologiya kafedrasının müdiri vəzifəsinə seçki.
6. Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsinə seçki.
7. Anesteziologiya və reanimatologiya kafedrasının müdiri vəzifəsinə seçki.
8. Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru vəzifəsinə seçki.

I məsələ üzrə prorektor dosent T.H.Eyvazov çıxış edərək bildirdi ki, Respublikadan kənar ixtisaslaşma keçmiş həkimlərin ölkəmizdə çalışması üçün onların keçdiyi tədris proqramlarının yerli tibbi tədris proqramlarına uyğunlaşdırılması lazımdır. Bu məsələni həll etmək üçün Səhiyyə Nazirliyinin göndərişi ilə həmin həkimlərin institutumuzda uyğun kursların keçməsi qərara alınmışdır. Artıq həmin kurslar başlanmışdır və müvəffəqiyyətlə davam edir. Kursun axırında veriləcək imtahanın forması və məzmunu haqqında təkliflər tədris şöbəsi tərəfindən hazırlanmışdır və müzakirə olunmaq üçün layihə kimi kafedralara göndəriləcəkdir. Müzakirədən sonra onun təsdiqi baş tutacaqdır.
Elmi şuranın gündəliyinin digər məsələləri tədris və tədris-metodik sənədlərin müzakirəsi və təsdiq olunması, ortodontiya, kardiologiya, mikrobiologiya və epidemiologiya, stomatologiya və üz-çənə cərrahiyyəsi, anesteziologiya və reanimatologiya kafedralarının müdiri vəzifəsinə, Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru vəzifəsinə seçkilər olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX