Hörmətli həmkarlar!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Novruz bayramı bizə ulu əcdadlarımızdan qalmış yadigardır. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələrin günümüzədək layiqincə qoruyub saxlanması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir. Bu gün sürətlə modernləşən ölkəmizdə Yaz bayramı mədəni irsə qayğıkeş münasibətin və ənənəvi dəyərlərə bağlılığın rəmzinə çevrilmişdir. Bu ilki bayramı Qələbə qazanmış xalq olaraq qarşılamağımız bu bayrama xüsusi məna verir. Həmin böyük zəfərin daha da möhkəmlənməsi üçün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərinə dəstək olmaq, ölkəmizin inkişafı üçün daha çox çalışmaq hər bir azərbaycanlının müqəddəs vəzifəsidir. Ona görə də institutumuzun kollektivi ölkə səhiyyəsində gedən dəyişikliklərdə də yaxından fəaliyyət göstərir, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə qəbul olunmuş müxtəlif xəstəliklər üzrə Dövlət Proqramlarının yerinə yetirilməsində, iş yerlərində və bölgələrdə vətəndaşlara tibbi yardımın göstərilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!
Novruz bayramınız mübarək olsun!
Ə.Əliyev adına ADHTİ-nin rektoru
professor Nazim Qasımov