Hindistanın Qandinaqar şəhərində keçirilən 30-cu Beynəlxalq Pediatriya Assosiasiyanın (İPA) konqresində Azərbaycan Pediatriya Cəmiyyəti İPA-nın üzvlüyünə qəbul edilmişdir. 1910-cu ildə yaradılmış Beynəlxalq Pediatriya Assosiasiyasının tərkibinə 149 ölkədən olan 164 pediatrik peşə cəmiyyəti daxildir.Eyni zamanda konqresdə iştirak edən Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının əməkdaşı, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinə (Standing Committee) Orta Asiya regionun təmsilçisi olaraq üzv seçilmişdir.