İngiltərənin Mançester şəhərində EAHAD-2023 - Avropa Hemofiliya və Digər Qan Xəstəlikləri Assosiasiyasının 16-cı beynəlxalq kongresi keçirilmişdir. Ölkəmizi tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pedaqogika, psixologiya və xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrasının müdiri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri, t.e.d., dosent Hikmət İbrahimli, institutun hematologiya kafedrasının müdiri, Hemofiliya Mərkəzinin rəhbəri dosent Elmira Qədimova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin koordinatoru, hematoloq Mehparə Kazımova təmsil etmişlər.Kongresdə hemofiliya və digər irsi qan xəstəliklərinin ən son müalicə metodları, gen mühəndisliyi geniş müzakirə olunmuş, yeni dərman preparatları haqda mühazirələr dinlənilmişdir.
Əməkdaşlarımızın hazırladığı "Azərbaycanda hemofiliyalı xəstələrin ağırlıq dərəcəsindən asılı olaraq yayılması" adlı poster-prezentasiya iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.