“3-cü Azərbaycan Hematologiya Mütəxəssisləri Konqresi, 1-ci Beynəlxalq Qan Bankı və Transfuzion Tibb Simpoziumu” keçirilmişdir

27.11.2023

23-25 noyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “3-cü Azərbaycan Hematologiya Mütəxəssisləri Konqresi, 1-ci Beynəlxalq Qan Bankı və Transfuzion Tibb Simpoziumu” keçirilmişdir. Tədbirdə Ə.Əliyev adına ADHTİ-nun hematologiya kafedrasının əməkdaşları və rezidentləri aktiv iştirak etmişlər. Kafedra müdiri dosent Elmira Qədimova və assistent t.ü.f.d. Mehparə Kazımovanın moderatorluğu ilə “Hemostaz və Tromboz “panelində assistent Günel Əlizadə “Qanaxmalı xəstəyə klinik yanaşma” adlı məruzə ilə çıxış etmişdir. Assistent t.ü.f.d. Qiyas Hüseynov “Qan xidməti” panelində moderatorluq edərək, eyni zamanda “Qan xidməti keyfiyyətinin idarə edilməsi” məruzəsini təqdim etmişdir. Klinik halların müzakirəsi ekspert panelində hematologiya kafedrasının rezidenti Şəhla Mustafazadə “Limfoma, limfangioektaziya, koaqulopatiyalı xəstənin diaqnostikası” məruzəsi ilə çıxış etmişdir.
Geniş elmi müzakirələrlə davam edən 3 günlük konqres faydalı və maarifləndirici olmuşdur.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX