ÜST-ün Azərbaycan nümayəndəliyinin dəstəyi ilə beynəlxalq konfrans keçirilmişdir
24.11.2023
21-23 noyabr 2023-cü ildə ÜST-ün Azərbaycan nümayəndəliyinin dəstəyi və Səhiyyə Nazirliyi, İTS, TƏBİB nümayəndələrinin iştirakı ilə “İnfeksiyanin qarşisinin alinmasi və nəzarət, vahid sağlamliq və antimikrob rezistentliyə nəzarət proqramlari antimikrob müqavimətin qarşisini almaq üçün birlikdə işləyir” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransda ÜST-ün Şərqi Avropa bürosunun ekspertləri, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Gürcüstandan səhiyyə sahəsində çalışan mütəxəssislər iştirak etmişlər. Tədbirdə infeksiyaların profilaktikası və onlara nəzarət,antimikrob müqavimətin səbəb olduğu infeksiyalar da daxil olmaqla, səhiyyə ilə əlaqəli infeksiyalar və keyfiyyətli tibbi yardımın göstərilməsi məsələləri, həmçinin “Vahid Sağlamlıq” konsepsiyasında müxtəlif mövzular müzakirə olunmuşdur.
2023-cü ilin may ayında Azərbaycanda iki xəstəxanada aparılmış pilot nöqtəvi yayılma sorğusunun nəticələri də məruzə edilmişdir. Qeyd etmək lazımdır ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mikrobiologiya və epidemiologiya kafedrasının müdiri dosent Nigar Mütəlibova infeksiyaların profilaktikası və infüeksion nəzarət üzrə milli işçi qrupun üzvü olaraq həmin sorğuda validasiya qrupu tərkibində iştirak etmişdir.