“Səs terapiyasının əsasları” mövzusunda treninq keçirilmişdir
15.12.2022
14 dekabr 2022-ci il tarixində Ə.Əliyev adına Azәrbaycan Dövlət Hәkimlәri Tәkmillәşdirmә İnstitutunun kliniki bazası olan “LOR Hospital” klinikasının təlim mərkəzində otorinolarinqologiya kafedrası tərəfindən “Səs terapiyasının əsasları” mövzulu treninq keçirilmişdir. Treninqdə kafedranın əməkdaşları tərəfindən qırtlaq xəstəliklərinin müalicəsində geniş istifadə olunan müalicə üsullarından olan səs terapiyası haqda geniş məlumat verilmişdir. Kafedranın tədris hissə müdiri dosent Akif Əfəndiyevin giriş nitqindən sonra dosent Ramil Həşimli insan səsinin fiziologiyası və müayinə üsulları haqqında məlumatları əhatə edən mühazirə ilə çıxış etmişdir.Məruzədə səs terapiyasının mahiyyəti, tətbiq sahələri, növləri, terapiyanın klinik tətbiq şəkli məsələlərinə geniş yer verilmişdir. Məruzə səs problemlərinə aid klinik misalların müzakirəsi ilə şəkilləndirilmişdir. Treninqin nəzəri hissəsi bitdikdən sonra kafedranın rezidentura proqramının məzunu olan və hal-hazırda “Lor Hospital”ın nəzdində fəaliyyət göstərən “VoiceDr clinic”-in foniatrı Kamil Süleymanovla birlikdə dosent Ramil Həşimli tərəfindən praktik məşğələ keçirilmiş və rezonans, biofeedback, DoctorVox, vurğu və s. kimi fərqli səs terapiyası üsullarının tətbiq etmə şəkli əyani olaraq treninq iştirakçılarına öyrədilmişdir.
Treninq iştirakçılar tərəfindən maraqla qarşılanmış, iştirak edən müdavimlər və rezidentlər aktiv olaraq müzakirələrdə iştirak etmiş və sonda öz məmnunluqlarını ifadə etmişlər.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.