03 noyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri başlanmışdır.
Sərgidə Azərbaycan Radioloqlar Cəmiyyətinin və “United İmaging Healthcare” şirkətinin birgə təşkil etdiyi təqdimatda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının dosenti Samirə Əkbərbəyova, assistenti Nigar Məlikqasımova və şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının dosentləri Fəridə Nəsirova və Arzu Nuriyeva da iştirak etmişlər. Təgdimat sərgi iştirakşıları tərəfindən maraqla qarşılanmışdır.
Sərgilər noyabrın 5-nə kimi davam edəcəkdir.