Əməkdaşlarımız "Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb" simpoziumunda iştirak edirlər

11.02.2022

7-12 fevral 2022 ci il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə Respublikada Təcili Yardım Sisteminin Gücləndirilməsi həftəsi kecirilir. İlk tədbir kimi Azərbaycan Tibb Universitetində "Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb" mövzusuna həsr olunmuş simpozium olmuşdur.Simpoziumun açılışında Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, ÜST-nın Azərbaycan nümayəndəsi Hande Harmancı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təmsilçisi Araz Nəsirov çıxış etdilər.
Tədbirdə 120 nəfər Respublikanın müxtəlif rayon və şəhərlərindən ayrı-ayrı ixtisaslı həkimlər iştirak edirlər.Tədbir iştirakçıları 10 nəfərlik kiçik qruplara bölünmüş və xüsusi proqramm üzrə Kliniki Tibbi Mərkəzdə master-klasslara qoşulmuşlar.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ümumi və plastik cərrahiyyə kafedrasının dosenti, t.ü.f.d İlahə Əkbərova, terapiya kafedrasının baş laborantları Sevil İsmayılova və Aygün Əliyeva bu həftə ərzində "Xəstəlik hallarının idarə olunması”, “Təcili yardım şöbəsinin idarə olunması”, təcili yardımda tez-tez rast gəlinən 6 halın (respirator distress, travma, sinə ağrıları, bayılma, qarın ağrıları, şok) idarə edilməsi üsullarını, eyni zamanda, ürəyin dayanmasına və ya ürək-damar xəstəliklərinə səbəb olan həyati təhlükəyə yaradan halların müasir tibbi prosedurlar, dərmanlar və üsullardan istifadə etməklə aradan qaldırılmasına dair ən yeni məlumat əldə etmək üşün kurslara qatılmışlar.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX