Əməkdaşımız Azərbaycan Kardiologiya Cəmiyyətinin regional konfransında çıxış etmişdir

26.10.2022

Gəncə şəhərində Azərbaycan Kardiologiya Cəmiyyətinin regional konfransı baş tutmuşdur. Konfrans Cəmiyyətin "Ürək çatışmazlığı" və "Aritmiya" işçi qruplarının təşkilati dəstəyi ilə həyata keçmişdir. Tədbirdə Gənçə, Tovuz, Qazax, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Yevlax və Bərdə rayonlarından dəvət olunmuş kardioloq və terapevtlər iştirak etmişlər. Konfransda Bakı şəhərindən və Gəncədən olan mütəxəssislərin iştirakı ilə ürək çatışmazlığı və aritmologiyanın aktual mövzularına həsr olunmuş müxtəlif mövzularda məruzələr dinlənilmişdir. Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının professoru İsax Mustafayev “Yuperio, xroniki ürək çatışmazlığının müalicəsində əvəzolunmazdır” mövzusunda, həmin kafedranın dosenti Samir Mehdiyev "Xroniki ürək çatışmazlığı: son təsnifatlar və diaqnostikada dəyişikliklər" və "Angiotenzin II reseptor blokatorları ürək çatışmazlığının müalicəsində" mövzularında məruzələrlə çıxış etmişlər. Məruzələr ətrafında suallara cavablar verilmiş və ətraflı müzakirələr aparılmışdır. İştirakçılar konfransın nəzəri və təcrübi əhəmiyyətini yüksək qiymətləndirmişlər.




ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX